Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Hazırda oxunan: Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

640404

Masallıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını yoxlamaya buraxmayan sahibkar cərimələnib.

Bizim.Media xəbər verir ki, rayon sakinlərindən biri AQTA-nın qaynar xəttinə zəng edərək, Masallı rayonu, M.Talışxanov küçəsində yerləşən "Göyərçin" kafesinin antisanitar vəziyyətdə fəaliyyət göstərməsini və mənşəyi məlum olmayan məhsullardan yemək bişirildiyini bildirib.

Müraciətlə əlaqədar AQTA əməkdaşları həmin obyektə qanuni şəkildə yoxlamaya gediblər. Lakin obyektin sahibkarı A.Həşimov onlara mane olaraq, yoxlama yerinə buraxmayıb.

Nəticədə onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Həşimov bildirib ki, müraciət edən şəxs əvvəllər də dəfələrlə onun kafesi ilə bağlı şikayətlər etdiyi üçün həmin gün əsəbi olub. O, etdiyi əməlin səhv olmasını bildiyini və AQTA əməkdaşlarına yoxlama üçün imkan yaradacağını bildirib.

Məhkəmənin qərarı ilə A.Həşimov 3 000 manat məbləğində, inzibati qaydada cərimələnib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin