Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Hazırda oxunan: Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

640356

Almaniyanın Baden-Vürtemberq federal torpağının Heylbronn dairəsində yerləşən Gündelşaym şəhəri yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Bizim.Media  xəbər verir ki, bu barədə SWR tele-radio şirkəti polisə istinadən məlumat yayıb.

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər həlak olub.

Bildirilib ki, təyyarə eniş zamanı hasara ilişib və ağaca toxunub. Bundan sonra yerə düşərək qəzaya uğrayıb.

Hadisə yerinə polis, həmçinin yanğınsöndürmə və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Qəza yerində başlayan yanğın artıq söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin