Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Hazırda oxunan: Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

640361

Argentina Futbol Assosiasiyasının prezidenti Lionel Messinin milli komandada sonuncu oyununa çıxacağını açıqlayıb.

Bizim.Media "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu oktyabrın 6-da (Bakı vaxtı ilə oktyabrın 7-də) Buenos-Ayresdə Benin millisinə qarşı keçiriləcək yoldaşlıq görüşündə Argentina millisinin heyətində yer alacaq.

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia bildirib ki, Messinin bu oyuna dəvət edilməsində məqsəd ona layiq olduğu vida mərasimini təşkil etməkdir.

"Dünyanın ən yaxşı oyunçusu, milli komandamızın simvolu və kapitanımız Lionel Andres Messini oktyabrın 6-da Argentinada layiq olduğu vida mərasimini keçirə bilməsi üçün dəvət etmək qərarına gəldik", - deyə Tapia bildirib.

Beninlə qarşılaşma 85 min tamaşaçı tutumuna malik "River Pleyt" klubunun "Estadio Monumental" stadionunda keçiriləcək.

Tapia 2022-ci il dünya çempionatının qalibi olan Argentina millisinin bütün üzvlərini də oyuna dəvət edib. Onun sözlərinə görə, bu, Messi üçün unudulmaz tədbir olacaq.

Messinin Argentina millisinin heyətində 208-ci və sonuncu oyununa çıxacağı gözlənilir. O, 125 qolla komandanın tarixinin ən məhsuldar futbolçusudur.
 

Messi avqust ayında 20 illik beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.


Qeyd edək ki, Messinin milli komandadakı son oyununun məhz Beninə qarşı keçiriləcəyi əvvəlcədən elan edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin