Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - VİDEO

Hazırda oxunan: Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - VİDEO

635821

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax rayonu, Suskənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğısöndürən-xilasediciləri cəlb edilib.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "BMW" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1985-ci il təvəllüdlü İsmayılova İradə Nürəddin qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin