Ağ Ev Rusiya və Ukrayna arasında nizamlanma danışıqlarında xüsusi elçi Stiv Uitkof və prezidentin kürəkəni Cared Kuşnerin iştirakını dayandırmağı, təşəbbüsü isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliffə həvalə etməyi nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, Uitkofun Rusiyaya etdiyi səfərlər nəticəsiz qaldığı üçün həm Moskvanın, həm də Kiyevin tənqidləri ilə üzləşib, Avropa paytaxtları isə bu dəyişiklik ehtimalını müsbət qarşılayıb.
Kreml Uitkofun ötən ilin avqustundakı sammit öncəsi səhv gözləntilər yaratdığını düşünür, Kiyev isə onun Rusiya liderinə kifayət qədər təzyiq göstərmədiyini hesab edir.
Mənbələrin məlumatına görə, Donald Tramp hələlik yekun qərar verməyib, lakin Ratkliff ilə Uitkof arasında prosesdə liderlik uğrunda rəqabət yaşanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:27 / 10.09.2026
Ukrayna ilə danışıqlar MKİ-nin direktoruna həvalə edilir - Uitkof və Kuşner tarixə qovuşur
Hazırda oxunan: Ukrayna ilə danışıqlar MKİ-nin direktoruna həvalə edilir - Uitkof və Kuşner tarixə qovuşur
Hazırda oxunan: Ukrayna ilə danışıqlar MKİ-nin direktoruna həvalə edilir - Uitkof və Kuşner tarixə qovuşur
635813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































