Bu şəxslərə ictimai nəqliyyatda yer vermək məcburidir – VİDEO

Hazırda oxunan: Bu şəxslərə ictimai nəqliyyatda yer vermək məcburidir – VİDEO

635803

İctimai nəqliyyatda yer vermək hüquqi bir məcburiyyət olmasa da, cəmiyyətdə böyük hörmət, mədəniyyət və etika nümunəsi hesab olunur.

İctimai nəqliyyatda kimə yer vermək məcburidir?

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, Bakı metropolitenindən istifadə qaydalarına görə, qatarda sərnişinlər əlilliyi olan şəxslərə, qocalara, hamilə qadınlara və uşaqlı sərnişinlərə oturmağa yer verməlidirlər. Yəni metroda bu, birbaşa sərnişinin vəzifəsi kimi göstərilib.

Hətta bu kateqoriyalara aid sərnişinlər onlar üçün nəzərdə tutulmuş xüsusi yerlərin digər sərnişinlər tərəfindən boşaldılmasını tələb edə bilərlər.

Bəs avtobusda?

Şəhərdaxili avtobuslarda məktəbəqədər yaşlı uşağı olan sərnişinlər, hamilə qadınlar, əlilliyi olan şəxslər və ahıllar üçün xüsusi oturacaqlar nəzərdə tutulur. Qaydalara əsasən, sərnişin həmin yerləri onların tələbi ilə boşaltmalıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin