ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: Marixuana ilə xaricə getməyin!

Hazırda oxunan: ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: Marixuana ilə xaricə getməyin!

635568

ABŞ Dövlət Departamenti vətəndaşlarına xatırladıb ki, yaşadıqları ştatda qanuni olsa belə, xaricə səfər edərkən özləri ilə kannabis (marixuana) və ondan hazırlanan məhsulları götürməməlidirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamentinin Konsulluq xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
 

“Xaricə kannabis və ya kannabisdən əldə edilmiş məhsullarla səyahət etməyin”, - deyə məlumatda bildirilib.


Amerikalılara xatırladılıb ki, xarici ölkələrdə onlar həmin ölkələrin yerli qanunlarına tabedirlər.

Bəzi ölkələrdə kannabis saxlamağa görə hətta həbs cəzası nəzərdə tutulur. Bildirilib ki, gedilən ölkədə kannabis leqallaşdırılsa belə, sərhəddən qanunsuz keçirilməsinə görə turist həbs oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin