Putin: “Nikol Vovayeviç hesab edirdi ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrini qorumalıyıq, lakin...”

Hazırda oxunan: Putin: “Nikol Vovayeviç hesab edirdi ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrini qorumalıyıq, lakin...”

634335

Ermənistan əvvəllər KTMT-nin Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrinin qorunmasını təmin etməsində təkid edirdi, lakin razılaşdırılmış və delimitasiya olunmuş sərhədin olmaması təşkilatın məsuliyyət zonalarını birmənalı şəkildə müəyyənləşdirməyə imkan vermirdi.

Bizim.Media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin TASS agentliyinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, KTMT-nin digər üzv dövlətləri sərhədin haradan keçdiyini əvvəlcə müəyyənləşdirməyin vacibliyini bildiriblər:
 

"KTMT-yə gəldikdə, bunun da öz tarixçəsi var. Nikol Vovayeviç hesab edirdi ki, KTMT orada sərhədin müəyyən hissələrini qorumalıdır. Lakin bütün KTMT üzvləri deyirdilər: “Xeyr, sərhədin müəyyən sahələrini qorumaq tamamilə başqa bir hekayədir”. Sərhədin delimitasiyası yoxdur axı. Sərhədlə bağlı heç bir müqavilə yoxdur, olmayıb da. İndi də yoxdur. Azərbaycan hesab edir ki, sərhəd bu sahədən keçir, Ermənistan isə hesab edir ki, digər sahədən. Burada həqiqətən də ekspert qiymətləndirilməsi tələb edən çoxlu məsələlər var".


Rusiya prezidenti qeyd edib ki, müvafiq sənədlər imzalanana qədər KTMT-nin Ermənistan-Azərbaycan sərhədi xətti ilə münasibətləri necə qurmalı olduğu sual olaraq qalır.

Putin əlavə edib ki, o, bu mövzunu yaxın vaxtlarda Moskvada Paşinyanla müzakirə etməyi gözləyir.

Xatırladaq ki, Rusiya lideri Ermənistanın Baş nazirini İrəvanın KTMT, Aİİ və Avropa İttifaqı ilə münasibətlərinə dair məsələləri ətraflı müzakirə etmək üçün Moskvaya çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin