Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Hazırda oxunan: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

633644

Avqustun 29-u saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, avqustun 29-u saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.
 

Düşən yağıntının miqdarı Balakəndə 8, Kəlbəcər, Gədəbəydə 7, Daşkəsəndə 5, Göygöldə 4, Goranboyda 3, Sədərəkdə 2, Şəki, Tovuz, Şahdağ, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Şahbuzda 1mm-dək qeydə alınıb.


Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 36, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin