Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov torpağa tapşırıldı - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov torpağa tapşırıldı - FOTO

632249

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Cəbrayıl oğlu Qurbanov avqustun 21-də paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər nazirliklərinin əməkdaşları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
 

İtkin şəhid yaylım atəşinin və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.


Tabutun büküldüyü Azərbaycan Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Akif Qurbanov 1975-ci il oktyabrın 29-da Xırdalan şəhərində anadan olub. O, 1994-cü il aprelin 26-da Ağdam rayonunun Şotlanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Akif Qurbanov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin