Süni intellektdə yeni yanaşma - ChatGPT niyə “yox” deyir?

Hazırda oxunan: Süni intellektdə yeni yanaşma - ChatGPT niyə “yox” deyir?

632256

Son vaxtlar Chatgpt ilə bağlı istifadəçilər arasında belə bir iddia var ki, bu məşhur axtarış sistemi əvvəllər rahatlıqla yerinə yetirdiyi tapşırıqlardan bəzilərinə imtina etməyə başlayıb. Xüsusilə inşa yazmaq və ev tapşırıqlarını həll etmək, hesablama aparmaq kimi məsələlərdə artıq bir neçə yayınmalar olub.

Bu nə ilə əlaqədardır, süni intellekt artıq insana qarşı çıxır?

İT üzrə mütəxəssis Bəhruz Quliyevin Bizim.Media-ya açıqlamasına görə, Chatgpt bütövlükdə əmrləri yerinə yetirməkdən imtina etmir, lakin yeni istifadəyə verilmiş Study Mode versiyasında yeniyetmələrin təhsil tapşırıqlarında, qəsdən daha az icraedici və daha çox istiqamətləndirici davranmağa başlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi


“Bu günə qədər məktəbli verilən bütün tapşırıqları, hesablamaları süni intellekt vasitəsilə edirdi ki, bu da onun zehni inkişafına mane olur, düşünməsini əngəlləyir, ən əsası tənbəlləşdirirdi. Yeni təhsil rejimi isə öyrənmə təcrübəsidir. Məktəblini istiqamətləndirə, fikirləri addım-addım izah edə bilər. Buna Sokrat üslubunda yanaşma deyilir: dərhal cavab vermək əvəzinə suallarla yönlədirmək. Başqa cür desək, ipucu verməklə və mərhələli izah vasitəsilə istifadəçinin özü düşünməsini təşviq edən rejim təqdim edir”.

Aylıq pul ödəyib işi yenə özümüz görəcəyiksə, süni intellekt nəyə lazımdır?

Mütəxəssis diqqətə çatdırdı ki, ənənəvi Chatgpt məlumatları toplayıb təqdim etməkdə iş prinsipini qoruyub saxlayır. Əks təqdirdə istifadəçi məlumatı özü axtaracaq, hesablamanı özü aparacaq, mətn yazacaqsa o zaman aylıq ödənişi boşa getmiş olar. İstifadəçi axtarışı ilə bağlı nəticə istədikdə təhlükəsizlik, hüquq və ya başqa xüsusi məhdudiyyət yoxdursa, 15 saniyə ərzində toplanıb təqdim olunmalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin