Neftçala rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Sərdar İsmayılovla vida mərasimi keçirilib.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşi doğulduğu Astanlı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Sərdar Cəfər oğlu İsmayılov 1971-ci il avqustun 27-də Neftçalanın Astanlı kəndində anadan olub. 1992-ci il oktyabrın 25-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:54 / 21.08.2026
34 il sonra nəşi tapılan şəhidlə vida mərasimi keçirildi – FOTO
Hazırda oxunan: 34 il sonra nəşi tapılan şəhidlə vida mərasimi keçirildi – FOTO
Hazırda oxunan: 34 il sonra nəşi tapılan şəhidlə vida mərasimi keçirildi – FOTO
632260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































