Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI

Hazırda oxunan: Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI

632245

Xərçəngin təkrarlanma riskini 49% azaldan yeni vaksin tezliklə təsdiqlənəcək.

Bizim.Media xəbər verir ki, "Moderna" və "Merck" şirkətlərinin birgə hazırladığı "intismeran" preparatı fərdi mRNT peyvəndi kimi son sınaq mərhələsini uğurla başa çatdırıb. Preparat "Keytruda" immunoterapiya dərmanı ilə birgə tətbiq olunur.

Bu vaksin hər bir xəstənin şiş toxumasındakı xüsusi mutasiyalar əsasında tamamilə fərdi qaydada hazırlanır.

Yüksək riskli melanoma (dəri xərçəngi) diaqnozu olan 1137 xəstənin iştirak etdiyi klinik sınaqlarda terapiya qarşıya qoyulan əsas məqsədə çatıb.
 

Müalicə xəstəliyin yenidən qayıtma (reçidiv) riskini kəskin şəkildə azaldıb və xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının (metastaz) qarşısını alıb. Əvvəlki 5 illik müşahidələr zamanı da bu terapiyanın təkrarlanma və ya ölüm riskini 49% azaltdığı sübut olunmuşdu.


"Moderna" və "Merck" şirkətləri yaxın aylarda dərmanın rəsmi istifadəsi üçün səhiyyə tənzimləyicilərinə müraciət etməyi planlaşdırır. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin