Yevlaxda qəzada ölənlər qardaşdırlar - TƏFƏRRÜAT

Hazırda oxunan: Yevlaxda qəzada ölənlər qardaşdırlar - TƏFƏRRÜAT

630868

Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Aqşin Eldəniz oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Akif Əli oğlu Hacıyevin idarə etdiyi "NAZ Lifan" markalı avtomobillə toqquşub.

Nəticədə Akif Əli oğlu Hacıyev və həmin avtomobildə olan sərnişin Sabir Əli oğlu Hacıyev almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan digər sərnişinlər - Elcan Sabir oğlu Hacıyev, Əli Akif oğlu Hacıyev, Nihad Sabir oğlu Hacıyev və Rza Muhiddin oğlu Xurşudov xəsarət alıblar.

Faktı üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin