Aliment borcunu ödəmədiyinə görə həbs olunanların SAYI AÇIQLANDI

Hazırda oxunan: Aliment borcunu ödəmədiyinə görə həbs olunanların SAYI AÇIQLANDI

630515

2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirmədiyinə görə 2740 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 1278 şəxs inzibati qaydada həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "report.az"ın sorğusuna cavab olaraq Ədliyyə Naziriliyindən məlumat verilib.

Bildirilib ki, eyni dövrdə 116 şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimat verilib, 77 şəxs barəsində cinayət işi başlanıb.

Həmin dövrdə aliment borcu ilə əlaqədar 1500 şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat tərtib olunub, onlardan 1246 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin