Ən uğurlu insanların doğulduğu aylar açıqlandı

Hazırda oxunan: Ən uğurlu insanların doğulduğu aylar açıqlandı

630512

Astroloqların fikrincə, yanvar, aprel, avqust və oktyabr aylarında doğulan insanlar məqsədyönlülüyü və yüksək ambisiyaları ilə seçilə bilərlər.

Bizim.Media xəbər verir ki, bu barədə "Parade" yazıb.

Yanvar ayında doğulanların intizamlı, səbirli və məqsədlərinə çatmaq üçün uzunmüddətli planlar qurmağa meyilli olduqları bildirilir. Onlar böyük hədəfləri barədə çox danışmaq əvəzinə, səssiz şəkildə çalışmağa üstünlük verirlər.
 

Apreldə doğulanlar isə enerjili, özünəinamlı və təşəbbüskar xarakterləri ilə fərqlənirlər. Qarşılarına maneə çıxdıqda geri çəkilməkdənsə, məqsədə çatmaq üçün alternativ yollar axtarırlar.


Avqust ayında doğulanların nəyə nail olmaq istədiklərini daha aydın bildikləri və seçdikləri işə böyük səylə yanaşdıqları qeyd olunur. Onlar uğurun yalnız zəhmət nəticəsində əldə edildiyinə inanırlar.

Oktyabrda dünyaya gələnlər isə daha çox strateji düşüncələri ilə seçilirlər. Qərar verməzdən əvvəl vəziyyəti təhlil edir, mümkün çətinlikləri nəzərə alır və məqsədlərinə doğru planlı şəkildə irəliləyirlər. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin