Şəkidə açıq ərazidə yanğın baş verib.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə rayonun Küdürlü kəndi inzibati ərazisində, yol kənarındakı açıq sahədə qeydə alınıb.
Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində 7 hektar sahədə quru ot və kol-kos yanıb.
Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media




































































































