Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

Hazırda oxunan: Təyyarədə baqaj yükü itən sərnişin nə etməlidir? - AÇIQLAMA

629536

Yay aylarında xarici ölkələrə səyahət və səfərlər artır. Məzuniyyətini yay mövsümünə planlaşdıran şəxslər ölkədaxili istirahətlə yanaşı, xarici ölkələrə də səfər edirlər. Bəzi hallarda təyyarə ilə səyahət zamanı sərnişinlərin baqaj yükləri itə və ya gecikə bilir. Belə halla qarşılaşan sərnişinlər nə etməlidirlər? Ümumiyyətlə, hava nəqliyyatı ilə səyahət zamanı sərnişinlər hansı hallarda kompensasiya və ya ödənişlərini geri almaq hüququna malikdirlər?

Bizim.Media xəbər verir ki, mövzunu “iqtisadiyyat.az”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Dilqəm Musayev şərh edib.

Onun sözlərinə görə, bu kimi hallar Monreal Konvensiyası ilə tənzimlənir:

“Həmin konvensiyada baqajın itməsi, zədələnməsi və ya gecikdirilməsi zamanı sərnişinin kompensasiya almaq hüququ nəzərdə tutulur”.


Vəkil söyləyib ki, belə hallar olduğu təqdirdə vətəndaş həmin aviaşirkətə rəsmi qaydada müraciət edərək kompensasiya tələb edə bilər:


“Aviaşirkət kompensasiya ödəməkdən imtina etdikdə vətəndaş kompensasiya tələbi ilə məhkəməyə müraciət edə bilər”.

Qeyd edək ki, “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya” 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanıb. Konvensiyanın əsas məqsədi, beynəlxalq hava yollarının mülki məsuliyyətini müəyyən etmək və sərnişinlərin hüquqlarını gücləndirməkdir. Bu sənəd, hava yollarının sərnişinlərə, baqaja və yüklərə ziyan dəyməsi və ya gecikmə halında məsuliyyət daşıdığı halları daha şəffaf və ədalətli şəkildə tənzimləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin