Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Hazırda oxunan: Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

628657

Göyçayda  Şirvan suvarma kanalı yarılıb su ətraf əraziyə yayılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən Şirvan suvarma kanalında baş verib.

Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin “qobu” adlandırdığı dərin çökəkliyə doğru axır.

Hazırda hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə rayon polis şöbəsinin əməkdaşları da əraziyə cəlb olunub.





 Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin