Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

Hazırda oxunan: Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

628427

Abşeron rayonunun Qobu qəsəbəsinin Süleyman Sani Axundov küçəsinin sakinləri aylardır davam edən içməli suya həsrət qaldıqlarını bildirirlər.

Bizim.Media xəbər verir ki, Baku TV-nin qaynar xəttinə edilən müraciət əsasında əraziyə yollanan çəkiliş qrupu sakinlərin ciddi çətinliklərlə qarşılaşdığının şahidi olub.

Sakinlərin sözlərinə görə, sözügedən küçədə yaşayan 100-ə yaxın ailənin evinə təxminən 5-6 aydır su verilmir. Onlar bildirirlər ki, içməli suya olan tələbatı yalnız ödənişli maşınlar vasitəsilə qarşılayırlar, bu isə ailə büdcəsinə ciddi yük yaradır.

Sakinlərdən biri vəziyyətin dözülməz olduğunu diqqətə çatdırıb:

"Bir ildən çoxdur suyumuz gəlmir. Suyu maşınla alırıq. Bir ton suya 25 manat ödəyirik, amma o da üç günə qurtarır".

Digər sakin isə maddi imkanlarının su almağa çatmadığını bildirib:

"Qonşudan 20 manat borc alıb su gətirmişəm. Artıq hər yerə borcum var".

Şikayətlə bağlı Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, sözügedən ərazi nasos stansiyası ilə deyil, su anbarından öz axını ilə qidalanır.

Ərazinin hündür relyefdə yerləşməsi və bəzi fərdi, normativlərə uyğun çəkilməyən su xətlərinin mövcudluğu yay aylarında su təchizatında çətinlik yaradır.

Qurumdan qeyd olunub ki, problemin həlli üçün yeni su anbarının istismara verilməsi istiqamətində işlər davam etdirilir. Layihə başa çatdıqdan sonra ərazidə su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin