Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

Hazırda oxunan: Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

628407

Xəbər verdiyimiz kimi, ötən gün Abşeronda baş vermiş ağır qəzada 2 keçmiş futbolçu həlak olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələrə məşqlər keçirmişlər.

Onlar həm də Qobuda birlikdə avtoyuma məntəqəsi işlədiblər.

Qeyd edək ki, hadisə vaxtı Raufun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və onun avtomobilindəki sərnişin B.Sultanov dünyasını dəyişib, digər sürücü xəsarət alıb.

Fotoda Rauf Hüseynov



Fotoda Bəhruz Sultanov


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin