Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Hazırda oxunan: Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

627421

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Bizim.Media-ya bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanda bütün ölkə ərazisində elektrik kəsintiləri yaşanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin