Şəkidə 3 nəfəri it dişləyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün sahibsiz küçə itlərinin hücumu nəticəsində 3 nəfər şəhər sakini müxtəlif bədən xəsarətləri alıb.
1956-cı il təvəllüdlü Ələddin İsayev və 2016-cı il təvəllüdlü Murad Həsənzadəyə şəhər ərazisində küçə iti hücum edərək xəsarətlər yetirib.
Daha bir hadisə isə Şəkinin Baş Göynük kəndində qeydə alınıb. 1967-ci il təvəllüdlü Nəcibə Məmmədovaya küçə iti xəsarət yetirib.
Hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk növbədə quduzluq əleyhinə vaksinlər vurulub, müalicələri ambulator şəraitdə evlərində davam etdirilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu



























































































