Peşə təhsili ilə bağlı YENİLİK

Hazırda oxunan: Peşə təhsili ilə bağlı YENİLİK

626433

Peşə təhsili müəssisələrində müasir tələblərə uyğun sənaye yönümlü ixtisasların tədrisinin genişləndirilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.
 

Tədbirlər Planına əsasən, ilkin nəticə olaraq, yeni sənayeyönümlü peşə təhsili ixtisaslarının müəyyən edilməsi və tədrisin təşkili, yekunda isə sənaye sektorunun ixtisaslı kadrlarla təminatının gücləndirilməsi hədəflənir.


Layihənin əsas icraçı orqanı Elm və Təhsil Nazirliyi, digər icraçıları isə İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin