Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

Hazırda oxunan: Kürdəmirdə yük maşınları toqquşdu - FOTO

626224

Kürdəmirdə iritutumlu yük maşınları toqquşub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakl-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, Türkiyə vətəndaşı İsmət Kartalın idarə etdiyi “Mercedes” markalı yük maşını qarşısında hərəkət edən Yevlax rayon sakini sürücü Pərvin Abdullayevin idarə etdiyi eyni markalı yük maşınına çırpılıb.


Nəticədə yük maşınlarında biri aşıb və maşında olan yüklər yerə dağılıb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub. Fakt araşdırılır.



















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin