Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda və Abşeron yarımadasında müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədar vətəndaşlara təkrar müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Nazirlik küləkli hava şəraitində dənizə girməyin ciddi həyat təhlükəsi yaratdığını vurğulayaraq, vətəndaşları çimərliklərdə diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb:
"Hazırda müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, vətəndaşları dənizə girməkdən çəkinməyə və təhlükəsizlik qaydalarına əməl etməyə dəvət edirik. Unutmayın ki, qaydalara olan biganəlik birbaşa həyatınıza təhlükədir!".
Nazirlik, həmçinin təhlükə yarandığı təqdirdə vətəndaşlara "112" qaynar xəttinə zəng etməyi tövsiyə edib.
Bizim.Media








































































































