Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Hazırda oxunan: Bakıda qadın plastik qabla DÖYÜLDÜ

625764

Bakının Nəsimi rayonunda 39 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Bizim.Media “demokrat.az”a istinadıa xəbər verir ki, hadisə Nəsimi rayonunun İbrahim Əbilov küçəsində baş verib. 1987-ci il təvəllüdlü Elçin yaşadığı ünvanda həyat yoldaşı Züleyxa (adlar şərtidir – red.) ilə mübahisə edib.

Ailə-məişət münasibətlərinin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı o, həyat yoldaşının baş nahiyəsinə qəsdən plastik qabla vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, dəymiş zərəri ödədiyini və törətdiyi əməldən peşman olduğunu bildirib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə isə xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin