Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

625711

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı həyata keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun imzaladığı sərəncama əsasən, İsmayılova Ülkər Şakur qızı icra başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Yeni təyin olunan müavin kollektivə təqdim olunub.

Qeyd edək ki, Ülkər İsmayılova bu təyinata qədər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

O, uzun illər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatında dövlət qulluğu sahəsində fəaliyyət göstərərək zəngin idarəçilik təcrübəsi qazanıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin kollektivi Ülkər İsmayılovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sabutay, Bizim.Media, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin