Xaçmaz-Xudat yolunda VAZ markalı avtomobil Qudyalçay üzərindən keçən körpüdən aşıb.
Bizim.Media xəbər verir ki, qəza nəticəsində sürücü-Xaçmaz rayon sakini Hüseyn Məmmədov xəsarət alıb.
Hadisənin baş verməsinə səbəb kimi sürücünün yorğun, yuxusuz halda sükan arxasında əyləşməsi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladıb və sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:27 / 14.07.2026
Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO
Hazırda oxunan: Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO
Hazırda oxunan: Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO
625219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































