Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur

Hazırda oxunan: Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur

624994

Layihədə göstəlir ki, mənzil alan vətəndaş artıq hüququnu binanın tikintisi başa çatdıqdan sonra yox, müqavilə bağlandığı andan etibarən dövlət reyestrində hüquqi təminat altına ala biləcək.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, 17-1.2-ci maddəyə görə, tikintisi başa çatmamış binada hər bir pay üzrə yalnız bir təminat qeydi aparıla bilər:
 

"Yəni, eyni mənzilin bir neçə şəxsə satılması riski sıfra endirilir. Təminat qeydi 3 iş günü müddətində aparılır, qeyd aparılmış şəxs öz hüquqlarını notariat qaydasında təsdiq olunan müqavilə əsasında başqa şəxsə ötürə bilər. Dəyişikliklərin zəruriliyi son illərdə 20-dən çox tikinti şirkəti rəhbərinin cinayət məsuliyyətinə cəlb olunması, 5250 vətəndaşın zərərçəkmiş kimi tanınması faktları ilə də təsdiqlənir.


Belə hadisələr bir ailənin problemi olmaqla yanaşı, bazarın etibarlılığına zərbə vurur, dövlət institutlarına inama təsir edir, vicdanlı tikinti şirkətlərinin də nüfuzuna xələl gətirirdi. Artıq mənzil alıcısı ilə tikinti şirkəti arasında yaranan hüquqi münasibətlər təminat qeydi vasitəsilə dərhal dövlət informasiya sistemində əks olunacaq.

Beləliklə, gələcəkdə eyni daşınmaz əmlak üzərində təkrar öhdəliklərin və satışların qarşısını alan qabaqlayıcı hüquqi mexanizm yaranır. Göründüyü kimi, dəyişiklik vicdanlı vətəndaşı qoruyacaq, tikinti şirkətlərinə ictimai etimadı gücləndirəcək, ÜDM-də payı 6,5 faiz olan inşaat sektorunu canlandıracaq".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin