DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

Hazırda oxunan: DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

624968

Kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC kodu və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP kodları məxfidir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır.
 

Qeyd olunub ki, vətəndaşlar naməlum keçidlərə daxil olmaqdan, etibarlılığı şübhə doğuran internet səhifələrində kart məlumatlarını qeyd etməkdən, eləcə də şübhəli zəng, mesaj və təkliflərə etibar etməkdən çəkinməlidirlər.


Daxili İşlər Nazirliyi vətəndaşları internet resurslarından istifadə zamanı diqqətli və ayıq-sayıq olmağa, bank məlumatlarının təhlükəsizliyini qorumağa çağırıb.

Nazirlikdən o da bildirilib ki, kiberdələduzluq halları ilə qarşılaşan vətəndaşlar dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin