Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Hazırda oxunan: Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

624746

Zaqatalada iki avtomobil toqquşub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi axşam radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb.

Hadisə zamanı üç nəfərin xəsarət aldığı deyilir. Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna  yerləşdiriliblər.

Hazırda xəsarət alan şəxslərin müayinəsi aparılır.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin