Prezident İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, dördmərtəbəli hotel binasında ümumilikdə 101 otaq var.
Otaqlardan 92-si “deluxe”, 4-ü “superior”, 3-ü “deluxe suite” və 2-si isə “executive suite” kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər.
Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək.
Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:57 / 11.07.2026
Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO
Hazırda oxunan: Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO
Hazırda oxunan: Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO
624705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































