Füzulidə qəbiristanlıq ərazisində yanğın hadisəsi baş verib.
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, hadisə rayonun Babı və Arayatlı kəndlərinə aid qəbiristanlıqda qeydə alınıb.
Alovun quru ot örtüyünü bürüməsi nəticəsində məzarların üzərinə qoyulmuş gül və çiçəklər yanıb, bəzi qəbir daşlarına isə zərər dəyib.
Hadisə yerinə operativ şəkildə gələn FHN əməkdaşları yanğını nəzarətə götürərək onun ətraf sahələrə keçməsinin qarşısını alıblar.
Baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:38 / 25.06.2026
Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!
Hazırda oxunan: Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!
Hazırda oxunan: Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!
621624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































