Baş nazir dövlət maliyyəsinin sabitliyi ilə bağlı yeni QƏRAR İMZALADI

Hazırda oxunan: Baş nazir dövlət maliyyəsinin sabitliyi ilə bağlı yeni QƏRAR İMZALADI

620861

Nazirlər Kabineti "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası"nı təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq ortamüddətli dövr üçün hədəf östəricilərinin müəyyən edilməsi qaydasını tənzimləyir.
 

Qaydanın məqsədi fiskal dayanıqlığın təmin edilməsi, dövlət maliyyəsinin uzunmüddətli sabitliyinin qorunması, proqnoz xətalarının azaldılması, makroiqtisadi proqnozlarla fiskal siyasət qərarlarının beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin olunmasıdır.


Qayda ilə müəyyən edilən ortamüddətli dövr üçün hədəf göstəriciləri indikativ xarakter daşıyır və dövlət büdcəsinin gəlirlərinin ortamüddətli dövr üçün proqnozlaşdırılmasında, real sektora tətbiq edilən fiskal güzəştlərin miqyasının müəyyən edilməsində, büdcə-vergi siyasətinin əsaslandırılmasında istifadə olunur, büdcə qaydasının əsas parametrləri üzrə müəyyən edilmiş yuxarı hədləri əvəz etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin