Ağdərə rayonunda yol qəzası baş verib. Hadisə rayonun Çardaqlı kəndi ərazisində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hərəkətdə olan "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü İsa Ağayev, onun atası Bayram Ağayev və digər sərnişin Samir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media


































































































