Qəbələdə ev YANDI – Xəsarət alan var - FOTO

Hazırda oxunan: Qəbələdə ev YANDI – Xəsarət alan var - FOTO

619737

Qəbələdə 3 otaqlı ev yanıb. Yanğın hadisəsi rayonunun Mirzəbəyli kəndində qeydə alınıb.

Bizim.Meda-nın yerli bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayon Yanğından mühafizə Hissəsinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib. Yaxınlıqdakı tikililər mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin