Gəncədə şəxsi avtomobili ilə hərəkətdə olan Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova yol-nəqliyyat hadisəsi keçirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mikayıl Müşfiq və Şota Rustaveli küçələrinin kəsişməsində baş verib.
M.Cəfərovanın idarə etdiyi "Jetour" markalı avtomobil Habil Əbdürrəhmanovun idarə etdiyi "Toyota Prius" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Məlumat üçün bildirək ki, Mehparə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir. Faktla bağlı araşdırma başlanılıb.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu































































































