Sosial yardımla bağlı ÖNƏMLİ XƏBƏR

Hazırda oxunan: Sosial yardımla bağlı ÖNƏMLİ XƏBƏR

619481

Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulsa da, son illər müraciət edən vətəndaşların əhəmiyyətli hissəsi imtina cavabı aldıqlarını bildirirlər. Bəzi hallarda ailələr özlərini yardım almaq üçün uyğun hesab etsələr də, müxtəlif səbəblərdən müraciətləri müsbət nəticələnmir.

Bəs ünvanlı sosial yardımın təyin olunmasından imtinaya səbəb olan əsas amillər hansılardır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, ünvanlı sosial yardım təyin edilərkən ailənin gəlirləri və əmlak vəziyyəti ətraflı araşdırılır və müəyyən uyğunsuzluqlar aşkar edildikdə müraciətə mənfi cavab verilir.

Onun sözlərinə görə, imtinaya səbəb olan əsas hallardan biri vətəndaşların adına etibarnamə əsasında istifadə olunan nəqliyyat vasitələrinin olmasıdır:

“Ən çox rast gəlinən səbəblərdən biri vətəndaşların adına olan, lakin etibarnamə ilə başqaları tərəfindən istifadə edilən avtomobillərdir. Bu kimi hallar sosial yardım üçün müraciət zamanı ailənin maddi vəziyyətinin qiymətləndirilməsinə təsir göstərir və imtinaya səbəb olur”.

Hüquqşünas qeyd edib ki, digər mühüm amillərdən biri də kommunal xərclərlə rəsmi gəlirlər arasında uyğunsuzluğun aşkarlanmasıdır:

“Bəzi hallarda vətəndaşların qaz, işıq, su və digər kommunal xidmətlər üzrə ödədikləri məbləğlər onların bəyan etdikləri gəlirlərlə uyğun gəlmir. Bu isə aidiyyəti dövlət qurumlarında müəyyən şübhələrin yaranmasına səbəb olur. Nəticədə müraciət əlavə qiymətləndirməyə cəlb edilir və bir çox hallarda imtina qərarı verilir”, – deyə o vurğulayıb.
 

Ekspertin sözlərinə görə, vətəndaşlar ünvanlı sosial yardım üçün müraciət etməzdən əvvəl öz əmlak və gəlir məlumatlarının dövlət informasiya bazalarında əks olunan məlumatlarla uyğunluğunu yoxlamalı, hər hansı uyğunsuzluq aşkar edildiyi təqdirdə onu əvvəlcədən aradan qaldırmalıdırlar.


Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə təyin edilir və müraciətlər zamanı ailənin gəlirləri, əmlakı və digər sosial-iqtisadi göstəriciləri nəzərə alınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin