FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı

Hazırda oxunan: FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı

619267

Ağdam rayonunun Qaradağlı kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, kənddə bir dam altında tikilmiş ümumi sahəsi 1613 m² olan birmərtəbəli tikililərdən sahəsi 690 m² olan anbarın, sahəsi 90 m² olan tikinti materialları satışı mağazasının, sahəsi 220 m² olan ikiotaqlı evin yanar konstruksiyaları və sahəsi 85 m² olan talvarın taxta atmaları 30 m² (ümumilikdə 1030 m²) sahədə yanıb.

Talvarın qalan hissəsi, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin