Niyyəti xoş, dili "zəhər" olan BÜRCLƏR

Hazırda oxunan: Niyyəti xoş, dili "zəhər" olan BÜRCLƏR

619128

Astrologiya ilə bağlı yayılan yeni şərhlərə görə, bəzi bürclər düşündüklərini gizlətmədən ifadə etdikləri üçün zaman-zaman sərt və ya kəskin danışan kimi qəbul edilirlər. Mütəxəssislər bildirirlər ki, bu bürclərin məqsədi əksər hallarda qarşı tərəfi incitmək deyil, dürüst və səmimi olmaqdır.

Siyahıda ilk yerdə qoç bürcü göstərilir.

Qoçların yanlış hesab etdikləri məsələlərə səssiz qala bilmədikləri, fikirlərini birbaşa ifadə etdikləri qeyd olunur. Bu xüsusiyyət onların bəzən sərt görünməsinə səbəb olsa da, niyyətlərinin adətən pis olmadığı vurğulanır.

Qız bürcü isə detallara diqqəti və tənqidi yanaşması ilə seçilir.

Astrologiya şərhlərinə görə, qızlar gördükləri səhv və çatışmazlıqları dilə gətirməkdən çəkinmirlər. Onların kəskin görünən iradlarının arxasında isə çox vaxt nəyisə daha yaxşı etmək istəyi dayanır.

Siyahıda yer alan digər bürc əqrəbdir.

Əqrəblərin insanların hisslərini və zəif nöqtələrini asanlıqla sezə bildiyi, buna görə də dedikləri sözlərin təsirli olduğu bildirilir. Mütəxəssislər onların sərt görünən davranışlarının çox vaxt özlərini və yaxınlarını qorumaq istəyindən qaynaqlandığını qeyd edirlər.

Oxatan bürcü də açıq sözlülüyü ilə diqqət çəkir.

Astrologiya şərhlərinə əsasən, Oxatanlar düşündüklərini çəkinmədən ifadə edir və həqiqəti olduğu kimi deməyə üstünlük verirlər. Bu səbəbdən bəzən patavatsız hesab olunsalar da, sözlərinin arxasında pis niyyətin olmadığı bildirilir.

Astrologiya həvəskarları hesab edirlər ki, qoç, qız, əqrəb və qxatan bürcləri kəskin dilləri ilə seçilsələr də, onların əsas məqsədi qarşı tərəfi incitmək deyil, fikirlərini səmimi şəkildə ifadə etməkdir. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin