Biləsuvarda evə girən oğru tanındığını bilincə qadını 20 yerdən bıçaqladı - TƏFƏRRÜAT

Hazırda oxunan: Biləsuvarda evə girən oğru tanındığını bilincə qadını 20 yerdən bıçaqladı - TƏFƏRRÜAT

619107

Biləsuvar şəhərində ağır cinayət hadisəsi baş verib.

1962-ci il təvəllüdlü, şəhər sakini Məhbubə Mətləb qızı Mikayılova qonşusu, 2003-cü il təvəllüdlü Xəyal Qubadlı tərəfindən bıçaq xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, cinayətin motivi kimi qarət ehtimalı göstərilir.

Hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, qadına çoxsaylı – 20-dən artıq bıçaq zərbəsi endirilib.
 

Qeyd edilir ki, zərərçəkmiş qadın başqa ünvanda yaşasa da, oğlunun evinə gəlib. Onun iki oğlu yanaşı evlərdə yaşayır, hadisəni törətməkdə şübhəli bilinən şəxs isə onların üzbəüz qonşusudur. Şübhəli şəxsin evə daxil olduqdan sonra tanındığını hiss etməsi ilə vəziyyətin gərginləşdiyi bildirilir.


Yaralı Məhbubə Mikayılova ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun məlumatına görə, 23 yaşlı Xəyal Qubadlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Qonşuların iddialarına əsasən, şübhəli şəxsin ailə üzvlərindən birinin də əvvəlki illərdə oxşar cinayətə görə cəza çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin