ADY-dəki vəzifəsindən gedən Vaqif Əsgərov yüksək posta TƏYİN OLUNDU

Hazırda oxunan: ADY-dəki vəzifəsindən gedən Vaqif Əsgərov yüksək posta TƏYİN OLUNDU

618752

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin İstismar xidmətinin rəis müavini Vaqif Əsgərov bu işindən ayrılıb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb. Əmrə əsasən, V.Əsgərov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

O, 2024-cü ildən bu postda çalışırdı. Daha əvvəl - 2023-2024-cü illərdə isə Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin rəisi vəzifəsində işləyib.
 

Qeyd edək ki, V.Əsgərov STP Şirkətlər Qrupunda məsul vəzifəyə təyinat alıb. Məlumata görə o, adıçəkilən qurumda departament rəisi vəzifəsinə təyin edilib.


Faktı Oxu.az-a ADY-dən təsdiqləyiblər.

Bildirilib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin İstismar xidmətinin rəis müavini Vaqif Əsgərov yeni karyera mərhələsinə başlamaq üçün öz istəyi ilə işdən ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin