Sabah bu 10 kənddə qaz olmayacaq

Hazırda oxunan: Sabah bu 10 kənddə qaz olmayacaq

618740

Sabah Biləsuvar rayonunun 10 yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bizim.Media xəbər verir ki, buna səbəb yeraltı polietilen qaz xəttinin kipliyə sınaq işlərinin aparılmasıdır.

Bununla əlaqədar Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan Çinarlı, Bağbanlar, Çaylı, İsmətli, Günəşli, Ağayrı, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbəri kəndlərində ümumilikdə 5300 abonentə təbii qazın verilişi iyunun 12-si saat 10:00-dan etibarən işlər başa çatanadək dayandırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin