Xəbər verdiyimiz kimi, iyunun 5-də Azov dənizində PUA hücumu zamanı həlak olan dənizçi, 45 yaşlı Fuad Orucovun nəşi bu gün doğulduğu Xaçmaz rayonuna gətirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mərhumun cənazəsi əvvəlcə yaşadığı Qobuqırağı kəndindəki evinə aparılıb.
Vida mərasimindən sonra məhrumun cənazəsi doğulduğu Xaçmaz rayonunun Yergüc kəndinə gətirilib. O, kənd məzarlığında son mənzilə yola salınıb.
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:53 / 11.06.2026
Gəmiyə hücumda həyatını itirən kapitan doğma kəndində torpağa tapşırıldı – VİDEO
Hazırda oxunan: Gəmiyə hücumda həyatını itirən kapitan doğma kəndində torpağa tapşırıldı – VİDEO
Hazırda oxunan: Gəmiyə hücumda həyatını itirən kapitan doğma kəndində torpağa tapşırıldı – VİDEO
618650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































