Azovda həyatını itirən kapitanın dəfn mərasimin VAXTI AÇIQLANDI – ÖZƏL

Hazırda oxunan: Azovda həyatını itirən kapitanın dəfn mərasimin VAXTI AÇIQLANDI – ÖZƏL

618384

Rusiyanın Taqanroq şəhəri yaxınlığında dron hücumu zamanı həlak olan xaçmazlı dənizçi Fuad Orucovun nəşi bu gün Azərbaycan-Rusiya sərhədindən ölkəyə gətiriləcək.
 

MÖVZU İLƏ BAĞLI: 

Onların nəşi Azərbaycana gətiriləcək


Bu barədə Bizim.Media-ya mərhumun qardaşı Faiq Orucov məlumat verib.

Onun sözlərinə görə, Fuad Orucovun və hadisə zamanı həyatını itirən digər azərbaycanlı dənizçi Qismət Əliyevin cənazələri sərhəddən birbaşa Bakıya aparılacaq.

“Bu gün saat 16:00-da dənizçilərin cənazələri Bakıda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə çatdırılacaq. Azərbaycan ekspertləri tərəfindən meyitlər üzərində tibbi ekspertiza aparılacaq. Bundan sonra cənazələr ailələrinin yaşadığı ünvanlara göndəriləcək”, – deyə Faiq Orucov bildirib.

Mərhumun qardaşı qeyd edib ki, dəfn mərasiminin sabah keçirilməsi nəzərdə tutulur:

“Dəfni sabah etməyi düşünürük. Hesab edirik ki, bu gün bütün prosedurları başa çatdırmağa vaxtımız çatmayacaq”.

Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin