ADY yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
“Tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək. Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:55 / 10.06.2026
Qatarla Tbilisiyə getmək istəyənlərə ŞAD XƏBƏR
Hazırda oxunan: Qatarla Tbilisiyə getmək istəyənlərə ŞAD XƏBƏR
Hazırda oxunan: Qatarla Tbilisiyə getmək istəyənlərə ŞAD XƏBƏR
618382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































