İsmayıllıda minik avtomobili yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon sakini Süleymanov Səbuhiyə məxsus 31-BG-375 dövlət qeydiyyat nişanlı VAZ-21015 markalı minik avtomobili qəfil alışaraq yanmağa başlayıb.
Hadisə barədə məlumat verildikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon yanğından mühafizə hissəsinin əməkdaşları və xüsusi texnikası cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb. Lakin yanğın zamanı avtomobilə ciddi ziyan dəyib və nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Bundan başqa, avtomobilin içərisində olan sənədlər, o cümlədən nəqliyyat vasitəsinə aid sənədlər və digər əşyalar da yanaraq külə dönüb.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu





































































































