Bu il dəmir yolu keçidlərində baş verən qəzaların SAYI AÇIQLANDI

Hazırda oxunan: Bu il dəmir yolu keçidlərində baş verən qəzaların SAYI AÇIQLANDI

618178

Dəmir yolu keçidlərində baş verən hadisələrin əksəriyyəti sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, bu il ADY-yə məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb:

“ADY təhlükəsizlik dəyərini öndə tutaraq gün ərzində qatarlardan istifadə edən 50 minə yaxın sərnişinin, həmçinin dəmir yolu infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verir.

Bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, sosial media üzərindən müvafiq təhlükəsizlik mesajları geniş auditoriyaya çatdırır. Eyni zamanda, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi, yol nişanlarının yenilənməsi və vizual məlumatlandırmanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir”.

Qeyd edək ki, 9 iyun - Dəmir Yolu Keçidləri ilə bağlı Beynəlxalq Maarifləndirmə Günüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin