Bərdədə ağır qəza olub.
Bizim.Media-nın məlumatına görə, hadisə Borsunlu-Hindarx avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndindən keçən hissəsində qeydə alınıb.
"Toyota Prius" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində Ağdam rayon sakini Orxan Əliyev həyatını itirib.
Qəza zamanı xəsarət alan digər şəxslər Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media







































































































